Türkiyə nümayəndə heyətinin ABŞ-da F-16 qırıcılarının tədarükü ilə bağlı danışıqları müsbət olub. Növbəti görüş Ankarada baş tutacaq.
7Times.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Vaşinqtonda Türkiyə və ABŞ Müdafiə nazirliklərinin nümayəndələrinin görüşü keçirilib. Müsbət və konstruktiv keçən görüşdə tərəflər ikitərəfli və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Follow @7timesaz