universitetinə silahlı hücum edildi
Rusiyanın Sibir bölgəsindəki Perm Dövlət Universitetində silah səsləri eşidilib.
7Times.az xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb. Məlumata görə, naməlum şəxs ətrafa atəş açıb. 3 nəfər ölüb. Azı 4 yaralının olduğu bildirilir. Əraziyə polislər cəlb edilib. Araşdırmalar davam edir.