Dünya

SON DƏQİQƏ! Rusiyanı çökdürəcək an: “Böyük Yeddilər” qərar qəbul etdi

SON DƏQİQƏ! Rusiyanı çökdürəcək an: “Böyük Yeddilər” qərar qəbul etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Cozef Bayden və “Böyük Yeddilər” qrupunun (G7) digər dövlət başçıları cümə axşamı keçirilən onlayn görüşdə Ukrayna hadisələri ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı gələcək addımlar barədə razılığa gəliblər.

7Times.az  xəbər verir ki, bu barədə ABŞ lideri tviter hesabında məlumat verib.

“Mən bu səhər Prezident (Rusiya Prezidenti-red) Putinin Ukraynaya əsassız hücumunu müzakirə etmək üçün G-7-dəki həmkarlarımla görüşdüm, biz Rusiyanı cavabdehlik daşımaq üçün dağıdıcı sanksiya paketləri və digər iqtisadi tədbirləri davam etdirmək barədə razılığa gəldik. Biz cəsur Ukrayna xalqını dəstəkləyirik”, – paylaşımda deyilir.