Mayın 28-də Xalq Birliyinin prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan və Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlundan əvvəl bütün gözlər Sinan Oğana çevrilib.
“ATA” ittifaqının prezidentliyə namizədi Sinan Oğanın ‘ikinci tur’ qərarını bu gün açıqlayacağına baxmayaraq, Zəfər Partiyasının sədri Ümit Özdağ gözlənilməz açıqlama verib. Özdağ dəstəkləyəcəkləri namizədi kimliyini sabah səhər açıqlayacaqlarını bildirib. Mövzu ilə bağlı hakimiyyətə yaxınlığı ilə tanınan “Hürriyyət”qəzetinin yazarı Abdulkadir Selvi Sinan Oğanın ikinci turda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini yazıb. İddia ilə bağlı Halk TV dərhal Zəfər Partiyasının sədri Ümit Özdağa zəng edərək Selvinin yazısı ilə bağlı sual ünvanlayıb. Ümid Özdağ suala bu sözlərlə cavab verib:
“Bu yazıya şərh verə bilmərəm. Ancaq Sinan bəy bu gün açıqlama verəcək. Sabah səhər saat 11:00 radələrində isə Zəfər Partiyasının qərargahında biz
də öz bəyanatımızı verəcəyik. Bununla da hansı namizədi dəstəklədiyimizi ictimaiyyətə açıqlayacağıq. İctimaiyyətə məlum olduğu kimi, ATA artıq dağılıb”.
Follow @7timesaz