Yunanıstanın Krit adası sahillərində rixter cədvəli üzrə 6,3 bal gücündə zəlzələ baş verib.
7times.az kanal.az-a istinadla xəbər verir ki, yeraltı təkanların episentri yerin 10 kilometr dərinliyində yerləşib.
Fəsadlar barədə hələlik məlumat olmasa da, sunami barədə xəbərdarlıq edilib. Zəlzələ ətraf bölgələrdə və Türkiyədə güclü şəkildə hiss edilib.
Qeyd edək ki, bu son 1 ayda bölgədə ikinci güclü zəlzələdir.