İdman

SON DƏQİQƏ: UEFA-dan Azərbaycan və Ermənistana qadağa

SON DƏQİQƏ: UEFA-dan Azərbaycan və Ermənistana qadağabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan milli komandasının və UEFA Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” klubunun ev oyunlarının alternativ ölkələrdə keçirilməsi barədə UEFA tərəfindən qərar qəbul olunub.

Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA İcraiyyə Komitəsi Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar olaraq Azərbaycan və Ermənistanda milli komandaların və klubların oyunlarına qadağa qoyub.

Qərarda deyilir: “Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alan UEFA-nın İcraiyyə Komitəsi qərara alır ki, növbəti göstəriş verilməyənə qədər milli və klub səviyyəsində oyunlar Azərbaycanla Ermənistanda keçirilməsin. Sentyabrın sonlarından cəbhədəki gərginliyə görə, UEFA-nın göstərişi əsasında Avroliqanın pley-off görüşü, eləcə də yığmaların Millətlər Liqasındakı iki qarşılaşması neytral meydanda keçirilmişdi. Mövcud durum dəyişmədiyinə görə, oyunların neytral meydanlarda keçirilməsi ilə bağlı mövqe dəyişməz qalır.

Belədə, Ermənistan Futbol Federasiyasından, həmçinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından yığmaların və klubların ev oyunları üçün alternativ meydanların təklif edilməsi istənəcək. Bölgədəki vəziyyət izlənəcək. UEFA-nın İcraiyyə Komitəsinin hazırkı vəziyyətlə bağlı qəbul etdiyi qərar gələn ilin iyununda Bakıda keçirilməsi planlaşdırılan AÇ-2020-nin oyunlarına təsiri yoxdur.

UEFA-nın İcraiyyə Komitəsi, həmçinin, 19 yaşa qədər olan futbolçular arasında Şimali İrlandiyada keçirilməsi olan final Elit raundun həlli hələ də tapılmayan koronavirus pandemiyasına görə təxirə salınmasını qərara alır”.