Aktual

Son nəfəsində II Elizabetin yanında kimlər olub?

Son nəfəsində II Elizabetin yanında kimlər olub?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün Bukinqem sarayı Kraliça II Elizabetin Şotlandiya iqamətgahında öldüyünü elan edib.

 

Axşam.az xəbər verir ki, indiyədək onun ailə üzvlərindən hansının kraliça ilə şəxsən vidalaşa bildiyi, kimin isə vidalaşmadığı sirr olaraq qalıb. Ötən gün yaxınlarının Kraliçanın olduğu yerə yollandıqları obyektivlərə tuş gəlib.

 

“Daily Mail” nəşri Kraliçanın yanında son nəfəsində kimlərin olduğunu araşdırıb. Belə ki, mənbələr II Elizabetin uşaqları – Şahzadə Çarlz və Şahzadə Annenin əhatəsində öldüyünü bildirib. Böyük oğul səhər saat 6:48-də anasının yanına gedib. Şahzadə Anna isə artıq Kraliçanın yanında olub.

 

 

 

Səhər saatlarından halı pisləşən II Elizabetin durumunun ciddi olduğunu bilən yaxınları digər ailə üzvlərinə xəbər veriblər. Yazıda qeyd olunub ki, həkimlər onun cəmi bir neçə saat ömrü qaldığını əvvəlcədən deyib. Şahzadə Endryu və Şahzadə Edvard həyat yoldaşı Sofi ilə, həmçinin nəvəsi Şahzadə Uilyam iqamətgaha yollanıb. Onlar Londondan Balmorala eyni təyyarə ilə uçub. Onların Kraliça ilə vidalaşmağa vaxtı çatmayıb.

 

II Elizabetin ölümü ilə bağlı Baş nazir Liz Trussa saat 16:30-da məlumat verilib. Bukinqem sarayı protokola görə, xəbər ictimaiyyətə açıqlanmadan bütün hökumət üzvlərinin və Kraliçanın qohumlarının onun ölümündən xəbərdar olduğundan əmin olmaq üçün saat 18:30-a qədər gözləyib.

 

Şahzadə Harri hər kəsdən ayrı Şotlandiyaya tələssə də, nənəsi ilə şəxsən vidalaşmağa çatmayıb. Balmoralda onun təyyarəsi yalnız 19:52-də yerə enib.