Dünya

Son sutkada 300-ə yaxın miqrant qanunsuz şəkildə Belarusdan Polşaya keçməyə cəhd edib

Son sutkada 300-ə yaxın miqrant qanunsuz şəkildə Belarusdan Polşaya keçməyə cəhd edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son sutka ərzində 300-ə yaxın miqrant qanunsuz şəkildə Belarusdan Polşaya daxil olmağa cəhd edib.

7Times.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Sərhəd Xidməti rəsmi saytında məlumat yayıb.

Qeyd edilib ki, Podlyask Sərhəd Mühafizə İdarəsinin əməkdaşları iyulun 27-də Polşa-Belarus sərhədini qanunsuz keçməyə cəhd edən 292 əcnəbi aşkar ediblər. Svisloç çayını keçməyə cəhd edən bir neçə mühacir Polşa sərhədçilərini görərək Belarusa qayıdıblar.

“26 miqrantı avtobusla aparan Ukrayna vətəndaşı da saxlanılıb”, – məlumatda bildirilib.

Xatırladaq ki, Belarusla sərhəddə miqrasiya ilə bağlı ciddi böhranla üzləşən Polşa 2021-ci ildə 40 minə yaxın sərhədi pozmaq cəhdi qeydə alıb.