“Bu millətə qalib gəlmək istəyənlərin başı xarabdır! Bu gün hamı müharibə əsgəridir. Elə özümün evim sanki qərargahdır”.
7times.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
“Böyük oğlum ön cəbhəyə yaralı əsgərlərə Londondan bir azərbaycanlı igidinin göndərdiyi Yelizarov aparatlarını aparıb, kiçik oğlum da müharibəyə qulluq edir. İnşallah Qələbədən sonra harada olduğunu elan edəcəm. Qızım bəzi statusları rus dilinə tərcümə edir. Gəlinim xarici mətbuatı oxuyub mənə xülasələri verir. Xanım yemək, içmək hazırlayır. Nəvəm İnci isə mənim gərgin olduğumu görüb ara-sıra məni əyləndirir. Mən də Facebook, instagram, Telegram səhifələrimdə ermənilərlə məzələnirəm. Dövlətimiz hesab eləsə ki, biz cəbhədə daha faydalı ola bilərik, ona da hazırıq! Bu günlərə min şükür! Uca Allah bizə bu xoş günləri yaşadan Əsgər və Zabitlərimizi qorusun! Bütün Şəhidlərimizin, onların ailələri qarşısında baş əyirəm!” – A.İsmayılov bildirib.
Follow @7timesaz