Maqazin

Şou-biznesin brend qalmaqalına Nura da qoşuldu

Şou-biznesin brend qalmaqalına Nura da qoşuldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxşı görünmək üçün çox pul xərcləməyə ehtiyac yoxdur. Bədəninizi tanıyır, nəyi nəylə uyğunlaşdırmağı, nəyi hara geyinməyi bilirsinizsə, zövqünüz varsa, çox ucuz geyimlər alıb, çox gözəl geyinə və görünə bilərsiniz”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri deyib. Sənətçi şou-biznesdə bir neçə gündür gündəmdən düşməyən brend qalmaqalına münasibət bildirib.

“Məndən sizə məsləhət: brend almaqla brend olunmur. Bəli, acı həqiqət. Bilin bunu da. Paltarı siz daşıyır, siz gözəl edirsiniz. Alın geyinin, amma daşıya bilin” deyə, Nura əlavə edib.

Qeyd edək ki, müğənni Ayan Babakişiyeva Azərbaycanda müğənnilər arasında Xalq artisti Aygün Kazımova, Röya Ayxan, müğənni Gülay Zeynallı və özündən başqa bahalı brend geyinən olmadığını bildirib.

Onun bu sözlərinə aktrisa Pərvin Abıyeva “Xətrimə dəyirlər”, müğənni Xuraman Şuşalı isə “Bilmədim gülüm, yoxsa ağlayım” şərhini yazıb.