“Yuventus”un hücumçusu Kriştiano Ronaldonun bacısı Elma Aveyro A seriyasının 1-ci turunda “Udineze” ilə matçda (2:2) qardaşının ləğv olunan qolunu şərh edib.
7Times.az xəbər verir ki, bununla bağlı o, özünün “İnstaqram” hesabında yazıb: “Çiyin orda olsaydı, oyundankənar vəziyyətdə olmazdı. Daha kiçik ölçüdə bir köynək geyinmək lazim idi. Soyğun başlayır”.
Qeyd edək ki, Ronaldo sözügedən görüşün sonunda qol vursa da, VAR-a baxıldıqdan sonra oyundankənar vəziyyətə görə qol ləğv olunub.
Qol.az
Follow @7timesaz