Dünya

ŞOYQUNU O ƏVƏZ EDƏ BİLƏR – Aleksey Dyumin kimdir?

ŞOYQUNU O ƏVƏZ EDƏ BİLƏR – Aleksey Dyumin kimdir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın bir sıra KİV-lərində, eləcə də “Teleqram” kanallarında yayılan xəbərlərə görə, Vladimir Putinin keçmiş mühafizəçisi və indiki Tula vilayətinin qubernatoru Aleksey Dyumin Rusiyanın yeni müdafiə naziri olacaq.

İddia olunur ki, Rusiyanın hazırkı müdafiə naziri Sergey Şoyqu ötən gün “Vaqner”in təşkil etdiyi qiyamdan sonra tutduğu vəzifədən uzaqlaşdırılacaq.

Digər bir iddiaya görə, Dyumin ötən gün “Vaqner”in rəhbəri ilə danışıq aparıb və Yevgeni Priqojini geri çəkilməyə razı salıb. Dyuminin həmçinin, rus ordusunda böyük nüfuza sahib olduğu bildirilir.

 

Məlumat üçün qeyd edək ki, Aleksey Gennadyeviç Dyumin 28 avqust 1972-ci ildə Kursk şəhərində anadan olub. 1996-2013-cü illərdə – Federal Təhlükəsizlik Xidmətində müxtəlif vəzifələrdə çalışıb. O, Rusiya Prezidentinin həm ölkə daxilində, həm də xaricdə keçirilən müxtəlif tədbirlərdə, o cümlədən “G8”, “G20”, “ŞƏT”, “APEC sammitlərində iştirakını təmin edib. 2013-2016-cı illərdə – Baş Qərargah Baş İdarəsinin rəis müavini, Baş Qərargah rəisi – Quru Qoşunları Ali Baş Komandanının birinci müavini, Rusiya Federasiyası Müdafiə Nazirinin müavini olub. Dyumin 2 fevral 2016-cı ildən Tula vilayətinin qubernatoru vəzifəsini icra edir.

Onu da qeyd edək ki, daha əvvəl xarici KİV-lərdə gedən məlumatlarda Dyuminin Vladimir Putinin varisi olduğu iddia olunub.

“AzPolitika.info”