Dünya

“Söz haqqınız ola bilməz”  Xamenei Trampa etiraz etdi

“Söz haqqınız ola bilməz” – Xamenei Trampa etiraz etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ Prezidenti Donald Trampın İranla imzalanması planlaşdırılan nüvə anlaşması layihəsində Tehranın uranyum zənginləşdirmə imkanının olmadığını açıqlamasına münasibət bildirib. 

O, çərşənbə günü verdiyi bəyanatda ABŞ-nin bu məsələyə müdaxilə etməyə haqqının olmadığını bildirib.

Xamenei dövlət televiziyasında yayımlanan çıxışında, “İranın uranyum zənginləşdirməsi edib-etməməsi məsələsinə niyə müdaxilə edirsiniz? Söz haqqınız ola bilməz”, – deyə bildirib.

Qeyd edək ki, Ağ Ev sözçüsü Leonid Livitt ABŞ ilə İran arasındakı nüvə danışıqlarına dair mətbuat konfransında danışarkən ABŞ-nin İran üçün təqdim etdiyi təklif layihəsində məhdud miqdarda uranyum zənginləşdirmə imkanı verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Bu iddiaların detalları barədə şərh verməyəcəyəm. Biz danışıqları media üzərindən aparmırıq. Prezident (Tramp) dünən Truth Social hesabında mövqeyini açıq şəkildə ortaya qoydu”, – deyə vurğulayıb.

“AzPolitika.info”