Dünya

Starmer Zelenskini dəstəklədi  “Britaniya Ukraynada seçki tələbinə qarşıdır”

Starmer Zelenskini dəstəklədi – “Britaniya Ukraynada seçki tələbinə qarşıdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putinə qoşularaq Ukraynada müharibə gedə-gedə seçki tələb edən yeni ABŞ administrasiyasından fərqli olaraq, Böyük Britaniya bunun əleyhinədir.

7Times.az xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer “müharibə zamanı seçkilərin dayandırılmasının tamamilə məntiqli olduğunu” deyib.

Bununla bağlı Britaniya hökumətinin bəyanatında deyilir: “Baş nazir Ukraynanın demokratik yolla seçilmiş lideri kimi prezident Zelenskiyə dəstəyini ifadə etdi və Böyük Britaniyanın İkinci Dünya Müharibəsi zamanı etdiyi kimi, müharibə dövründə seçkilərin dayandırılmasının tamamilə ağlabatan olduğunu söylədi”.

Eyni zamanda, bəyanatda Böyük Britaniyanın Baş nazirinin ABŞ-nin Ukraynada sülhə nail olmaq səylərini dəstəklədiyi qeyd edilib.

“AzPolitika.info”