Ölkə

Sumqayıt Tibb Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq – FOTO

Sumqayıt Tibb Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumqayıt Tibb Mərkəzində ( STM) qarşıdan gələn Novruz bayramı münasibəti ilə tədbir keçirilib.
7Times.az xəbər verir ki, STM-nin direktoru Elnur Azadxanov tədbiri giriş sözü ilə açaraq  xalqımızın qədim tarixini əks etdirən, adət-ənənələrimizi özündə birləşdirən Novruzun sülh və əmin-amanlığın, insanlar arasında birlik və mehribanlığın carçısı olduğunu bildirib.
Kollektivi bayram münasibəti ilə təbrik edən direktor,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyinin hər evə, hər ailəyə əsl bayram əhvalı bəxş etdiyini diqqətə çatdırıb.
Bununla yanaşı, E.Azadxanov  rəhbərlik etdiyi qurumun qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacağını bildirib, müvafiq müəssisələrin rəhbərlərinə tapşırıqlarını verib.
Qeyd olunub ki, STM-in məsul şəxslərindən ibarət növbətçilik yaradılacaq, hər hansı bir qüsur yaranarsa dərhal aradan qaldırılacaq.

Sumqayıt Tibb Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq - FOTO

Sumqayıt Tibb Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq - FOTO

Gülay

7Times.az