Xəzər dənizinin Sumqayıt sahillərində 56 yaşlı kişi batıb.
Sumqayıt Şəhər Polis İdarəsindən 7Times.az-a bildirilib ki, hadisə şəhər çimərliyində baş verib.
Şabran rayon sakini Ağagülov Mahir Saməddin oğlu dənizdə çimərkən boğulub. Onun meyiti xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz