Hadisə

Sumqayıtda dəhşətli hadisə: Ər arvadını boğaraq öldürdü

Sumqayıtda dəhşətli hadisə: Ər arvadını boğaraq öldürdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda ər arvadını boğaraq öldürüb.

7times.az xəbər verir ki, hadisə şəhərin dənizkənarında yerləşən otellərin birində baş verib.  Belə ki, oteldə gecələyən ər-arvad arasında düşən mübahisə zamanı 1992-ci il təvəllüdlü Orxan Həsənov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayişə Həsənovanı balıncla boğaraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törədən 29 yaşlı O.Həsənov saxlanılıb. Zəruri istintaq tədbirləri görülür.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.