Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında, dənizdə – “Tağıyev” sularda xilasetmə məntəqəsindən təxminən 4 km aralı, nəzarətsiz ərazidə batan 2007-ci il təvəllüdlü Əhmədov Nahid Namiq oğlunun axtarışları başa çatıb.
7times.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, N.Əhmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Follow @7timesaz