Hadisə

Sumqayıtda iki minik avtomobili toqquşub, 7 nəfər xəsarət alıb

Sumqayıtda iki minik avtomobili toqquşub, 7 nəfər xəsarət alıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

7times.az APA-ya istinadla  xəbər verir ki, qəza şəhərin Sahil küçəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınları ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

*****

Sumqayıtda “Mercedes” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyətləri məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, qəza zamanı 1987-ci il təvəllüdlü Həsənov Şəhriyar Abdulhüseyn oğlu, həyat yoldaşı 1988-ci il təvəllüdlü Həsənova Ülkər İmran qızı  və onların qızları 2013-cü il təvəüllüdlü Həsənova İnci Şəhriyar qızı və  2017-ci il təvəllüdlü Həsənova Ləman Şəhriyar qızı,  Əlizadə Rövşən Babək oğlu,  Sahilzadə Samir Baba oğlu və Quliyev Seymur Sadiq oğlu  müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.