Bakıda bıçaqlanma hadisəsi baş verib.
7times.az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Əmircan qəsəbəsində 1979-cu il təvəllüdlü Yusubov Samir Sabir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Follow @7timesaz