“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Sürix” İsveçrə Super Liqasında ilk turun oyununu keçirib.
Metbuat.az xəbər verir ki, Franko Fodanın baş məşqçi olduğu kollektiv səfərdə “Yanq Boyz”la qarşılaşıb. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0.
Qeyd edək ki, “Sürix” “Qarabağ”la ilk oyununu iyulun 19-da Bakıda, cavab görüşünü iyulun 27-də öz meydanında keçirəcək.
Follow @7timesaz