Dünya

Suriyalı qaçqınlar Türkiyə ilə sərhəddə donaraq ölüblər – Milyonlarla qaçqın ölümlə üz-üzə – FOTO

Suriyalı qaçqınlar Türkiyə ilə sərhəddə donaraq ölüblər – Milyonlarla qaçqın ölümlə üz-üzə – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə sərhədi yaxınlığında qaçqın düşərgələrində yaşayan suriyalılar soyuqdan donaraq ölüblər.

7Times.az Missiya.Az-a istinadən xəbər verir ki, ümumilikdə 5 suriyalı həyatını itirib. Onlardan ikisi uşaqdır. Ölən uşaqlardan birinin 2 yaşı var.

İdlib şəhərindəki yardım məsələləri üzrə mütəxəssis Muhammed Abdusselam Qazal mətbuata açıqlamasında bildirib ki, bölgədə çörək, yanacaq və qış paltarlarına ehtiyac var.

“1750 ailə ilə əlaqə kəsilib və bəzi düşərgələrə aparan yollar bağlanıb. Daha böyük fəlakətlərdən qaçmaq üçün bu insanlara yardım çatdırmalıyıq. Bizə bel və bənzər ləvazimatlar lazımdır. Ümumiyyətlə, İdlib və ətrafındakı 4 milyon qaçqının hamısı ciddi təhdidlə üz-üzədir. Bölgəyə yağan güclü qar nəticəsində 400-dən çox çadır dağılıb, 149 düşərgəyə isə ciddi ziyan dəyib”.

Abdusselam Qazal bildirib ki, qaçqınların 500 min nəfəri uşaqdır və hazırda ciddi risk altındadırlar.

Qeyd edək ki, Rusiya, İran, PKK-nın və  Suriya prezidenti Bəşər Əsədin hücumlarından qaçan suriyalılar Türkiyənin sərhəddindəki Hərim, Salkin, Hrbit əl-Coz və Şeyx Bəhr dağındakı qaçqın düşərgələrinə sığınıblar.