Dünya

Suriyanın yeni Konstitusiyası altı ay ərzində hazırlanacaq

Suriyanın yeni Konstitusiyası altı ay ərzində hazırlanacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya üçün yeni konstitusiya altı ay ərzində hazırlanacaq.

7Times.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti öz mənbələrinə istinadən yazır.

“Konstitusiya ilk 6 ay ərzində hazırlanacaq. Daha sonra bu konstitusiya referenduma çıxarılacaq. Bu müddət ərzində əhalinin siyahıyaalınması aparılacaq, seçici siyahıları yeniləcək”, – məlumatda qeyd edilib.

Bildirilib ki, konstitusiyaya uyğun olaraq yeni siyasi partiyalar yaradılacaq. Bundan sonra seçkilər BMT-nin nəzarəti altında keçiriləcək. İdarə seçkidə uğur qazanan partiyaya keçəcək.