Ölkə

Sürücü yaşlı qadını avtobusdan atdı: Yuyunmaq lazımdır – VİDEO

Sürücü yaşlı qadını avtobusdan atdı: Yuyunmaq lazımdır – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Xabarovsk diyarında avtobus sürücüsü yaşlı qadını avtobusdan çölə atıb.

7Times.az  Lent.az-a istinadən xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Yaşlı qadından gələn qoxunu bəyənməyən sürücü sərnişini başından tutub oturacaqdan çəkib yerə yıxıb.

Daha sonra pilləkənlərdən kobud şəkildə sürüyərək yerə yıxıb salondan çıxarıb.

Ona konduktor da dəstək olub və qadının çantasını təpikləyib yuyunmaq lazım olduğunu deyib.

Şəhər hakimiyyətindən bildiriblər ki, həm sürücü, həm də konduktor işdən çıxarılıb.

İstintaq Komitəsi isə “Xuliqanlıq” maddəsi ilə cinayət işi açıb, sürücü artıq saxlanılıb.

Meriya onu da bildirdi ki, daşıyıcı sərnişindən üzr istəyib, ona ərzaq paketi alıb və həmin marşrutdan istifadə üçün imkan yaradıb.