Oktyabrın 26-dan 27-nə keçən gecə saat 02 radələrindən 06 radələrinədək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün məhdudiyyətlər tətbiq edilməklə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Bu barədə 7Times.az -a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilir ki, Hava limanı istiqamətinə alternativ yol kimi sürücülər 20 Yanvar, Ziya Bünyadov, Qara Qarayev prospekti, Nargilə dairəsi kimi tanınan ərazidən Zığ yoluna keçməklı hərəkət edə bilərlər.
Bilgəh Kardioloji Sanatoriyasından Hava limanı istiqamətində məhdudiyyət tətbiq olunduğundan sürücülər Maştağa qəsəbəsi, Albalılıq ərazisi və Qala dairəsindən Zığ şosesinə keçməklə hərəkət edə bilərlər.
Cənubdan mərkəzə doğru, yəni “Azneft” və “Neftçilər” dairəsinə alternativ kimi isə sürücülər Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla 20 Yanvar və ya Yeni Yasamal ərazisindən keçməklə daxil ola bilərlər.
Sürücülərdən monitorinq müddətində müəyyən istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları xahiş olunur.
Follow @7timesaz