Hadisə

Şüvəlanda 3 nəfər dənizdə BOĞULDU

Şüvəlanda 3 nəfər dənizdə BOĞULDUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində dənizdə 3 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən 7times.aza bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarış işlərinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, hadisə “Şüvəlan” sularda xilasetmə məntəqəsindən kənarda, qeyri-çimərlik ərazidə baş verib.