Dünya

Svetlana Tixanovskaya Belarusa qayıdır? – ŞƏRTLƏRİ

Svetlana Tixanovskaya Belarusa qayıdır? – ŞƏRTLƏRİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən Belarusu sevirəm və özümü təhlükəsiz hiss edəndə yenidən ora qayıdacağam”.

7times.az APA-ya istinadla xəbər verir ki, bunu Belarusda keçirilən prezident seçkilərində namizəd olmuş Svetlana Tixanovskaya bu gün Vilnüsdə keçirdiyi mətbuat konfransında deyib.

S. Tixanovskaya dinc etirazları dəstəklədiyini və hakimiyyətlə dialoqa ümid etdiyini bildirib: “Mən həqiqətən ümid edirəm ki, xalqın səsi eşidiləcək, hakimiyyət dialoqa gedəcək və yeni ədalətli seçkilər keçiriləcək”.

Müxalifətin hədəfləri ilə bağlı suala cavabında S. Tixanovskaya qeyd edib ki, zorakılıq dayandırılmalı, siyasi məhbuslar azad edilməli və seçkilər yenidən keçirilməlidir.

“Bütün etirazçıları, hüquqlarını müdafiə etmək üçün istifadə etdikləri bütün dinc yolları, seçki və etiraz hüququnu dəstəkləyirəm. Mən həqiqətən rəhbərliyin xalqı eşidəcəyinə ümid edirəm və inanıram. Bizə hər zaman deyilirdi ki, prezident ölkəsini, xalqını sevir və indi o, insanların dəyişiklik istədiyini eyni şəkildə görür”, – deyə müxalifətin lideri vurğulayıb.

S.Tixanovskaya Moskvadan onunla əlaqə yaratmaq üçün cəhd edilmədiyini də qeyd edib.