Müğənni Tacir Şahmalıoğlu ikinci dəfə evləndiyini açıqlayıb.
7Times.az xəbər verir ki, sənətçi ilk nikahının 25 yaşında gerçəkləşdiyini deyib. Bu haqda “7 tamam” proqramında danışan ifaçı cəmi 6 ay ailəli qaldığını bildirib:
“Bu mənim ikinci evliliyimdir. Birinci evliyim 6-7 ay çəkdi. Onda 25 yaşım var idi. Ondan övladım yoxdur, müharibə vaxtına düşmüşdü. Səhv addım atdım, düşünmədən evləndim. Böyüyüyüm sözünə baxmadan hərəkət etdim. Gördüm ki, ata-ana duası olmadan mümkün deyil”.
Tacir əlavə edib ki, 4 ildən sonra ikinci dəfə evlənib:
“İkinci nikahım 29 yaşımda oldu”.
Qeyd edək ki, T.Şahmalıoğlunun hazırki nikahından 3 övladı var.
Axşam.az
Follow @7timesaz