Maqazin

Tahir İmanov sərt danışdı: “Murad Dadaşov, çəkil qırağa, işləmə!..”

Tahir İmanov sərt danışdı: “Murad Dadaşov, çəkil qırağa, işləmə!..”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Tahir İmanov “Xəzər TV”nin rəhbəri, Xalq artisti Murad Dadaşovun bir müddət əvvəl Musiqi Forumunda dediyi “Telekanal olaraq maarifləndirməliyik, amma ay sonu işçilərə maaş verməliyəm” sözlərinə reaksiya verib.

7Times.az  axsam.az-a istinadla bildirir ki, aktyor bu haqda “AStar” yutub layihəsində danışıb.

“Bu, ayrı-ayrı mövzulardır. Murad Dadaşovun söylədiyi “Telekanal olaraq maarifləndirməliyik” cümləsində nöqtə olmalıdır. Vergül “amma” olmalı deyil. Razı deyiləm. Mən Azərbaycan Respublikasının vətəndaşı, siravi, kiçik… Hamısını qoyuram bir kənara. “Maariflənmək vacibdir” və nöqtə”, – deyə İmanov reaksiya verib.

Aparıcı Ülvira Qarayevanın “Bəs, Murad Dadaşov kanalda çalışan 600-ə yaxın işçinin maaşını necə versin?” sualına Tahir İmanov “Çəkil qırağa, işləmə. Özəl televiziyalar bağlansın və ya birləşsin. Eyni formatda nə qədər kanal ola bilər, axı. Televiziyalar bir-birindən format baxımından ayrılmalıdır. İstənilən telekanala format verilsin. Biri əyləncəli, digəri yumoristik, başqası da yumoristik olsun və sairə. “Viniqred” olanda belə olurdu… Mən onu bilirəm ki, bayağı musiqini təbliğ etməklə iş düzəlməyəcək. Bu, çox böyük problemlərə gətirib çıxaracaq. Artıq gətirib çıxarıb. Burada xüsusi bir yanaşma olmalıdır. Əgər həmin o kanallar aralarında danışsalar, “Centlemen” müqaviləsi bağlasalar, biz yalnız əsl mədəniyyətimizi, musiqimizi, sənətkarları təbliğ edəcəyik… İnanın mənə ki, tamaşaçılar ona da baxacaq, onlar da reytinq gətirəcək, öz işçilərinə maaş verə biləcəklər. Məsələ bundadır” cavabını verib.