Türkiyənin pop starı Mahsun Kırmızıgül “Taliban”a dair siyasi rəyi və təhlili ilə gündəmə gəlib.
7Times.az xəbər verir ki, müğənni bu barədə öz “Twitter” səhifəsində qeydlərini yazıb:
“Yeni bir ssenari yazılıb. Yıxa bilmədikləri İran İslam Dövlətinə qarşı Sünni Əfqanıstan İslam Dövləti tanınacaq və silahlandırılacaq. Daha sonra bu iki ölkə BOP-un (“Büyük Orta Doğu Projesi” – Böyük Yaxın Şərq Layihəsi – red.) son mərhələsində mübarizə aparacaq. Bu çirkli oyuna məzhəbçi ölkələr də daxil olacaq və parçalanacaqlar.
Əfqanıstanda başkəsən qatillər, müstəmləkəçilərin törəmələri, Yer üzündəki cinlər qardaşlarımız ola bilməz. Ölkəsinə qarşı çevriliş edən bu caniləri, imperializmin maşaları olan bu namus düşmənlərini “qardaşım” adlandıranları əsla unutmayın. Çünki eyni oyunu bu ölkədə oynayacaqlar”.
Mahsun Kırmızıgülün tviti böyük müzakirə doğurub və çoxlu sayda paylaşılıb.KONKRET.az
Follow @7timesaz