Dünya

“Taliban” bütün siyasi məhbusları azadlığa buraxır

“Taliban” bütün siyasi məhbusları azadlığa buraxırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Taliban” radikal hərəkatının lideri Haybatulla Axundzadə Əfqanıstan həbsxanalarından siyasi məhbusların azadlığa buraxılmasını əmr edib.

7Times.az  xəbər verir ki, bu barədə məlumatı hərəkatın nümayəndəsi Qari Yousaf Əhmədi açıqlayıb.

“İslam əmirliyinin Ali lideri şeyx Al-Hadis Haybatulla Axundzadə bütün həbsxanalardan siyasi məhbusların azad edilməsini əmr edib. Vilayətlərin qubernatorları ölkənin həbsxanalarından bütün yüksək və adi səviyyəli siyasi məhbusları qeyd-şərtsiz azad edəcəklər və onlar sabahdan etibarən ailələrinə təhvil veriləcəklər”, – deyə Əhmədi öz tvitter hesabında yazıb.