“Taliban” radikal hərəkatı Əfqanıstanın şərqində yerləşən Nəngərhar əyalətinin inzibati mərkəzi olan Cəlalabad şəhərini ələ keçirib.
7times.az xəbər verir ki, bu barədə “Reuters”a sözügedən şəhərdə olan Əfqanıstan rəsmisi deyib.
Onun sözlərinə görə, şəhərin qubernatoru “Taliban”a təslim olub və artıq toqquşmalar dayanıb. O qeyd edib ki, şəhər dinc sakinləri xilas etmək üçün təslim edilib.
Follow @7timesaz