Dünya

“Taliban”çılarla İran sərhədçiləri atışdılar

“Taliban”çılarla İran sərhədçiləri atışdılarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda hakim “Taliban” hərəkatının nümayəndələri İran sərhədçiləri ilə döyüşüb.

7times.az xarici mediaya istinadla məlumatına görə, insident Əfqanıstanın Zaranc şəhəri (Nimroz əyaləti) yaxınlığındakı “Abrişem” körpüsündə baş verib. Hadisə şahidlərinin sözlərinə görə, iranlılar qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan iki yük maşınına atəş açıblar və onların dayanmaq tələbinə cavab verməyiblər. Birinci avtomobil yola düşə bilib, iranlılar isə ikinci maşını hərəkəti dayandırmağa məcbur edə biliblər, bundan sonra sürücünü döyüblər.

“Taliban” hadisəyə iranlı sərhədçilərə atəş açaraq cavab verib, atışma bir saatdan çox davam edib. “Sputnik Əfqanıstan” Telegram kanalı xəbər verir ki, daha sonra tərəflər danışıqlara başlayıb.