Dünya

“Taliban” Əfqanıstanda 2 nazirliyi bağladı

“Taliban” Əfqanıstanda 2 nazirliyi bağladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Taliban” keçmiş administrasiyaya tabe olan Sülh və Parlament İşləri nazirliklərinin kabinet siyahısından çıxarıldığını açıqlayıb.

7times.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Taliban”ın sözçüsünün müavini Bilal Kərimi məlumat verib.

Bundan əlavə, Kərimi əvvəllər fəaliyyət göstərən Müstəqil Seçki və Seçki Şikayətləri Komissiyalarının bağlandığını və lazım gəldikdə bu komissiyaların yenidən açılacağını bildirib.

Bağlanan nazirlik və komissiyalarda çalışan dövlət qulluqçularının statusu ilə bağlı açıqlama verilməyib.

Digər tərəfdən, “Taliban” müvəqqəti hökuməti Qadın İşləri Nazirliyini kabinetindən çıxararaq, onun yerinə Xeyirə Dəvət və Şərdən Qorunma Nazirliyini yaradıb.

Qeyd edək ki, Əşrəf Qaninin rəhbərlik etdiyi keçmiş hökumət dövründə yaradılmış Sülh Nazirliyi Talibanla sülh danışıqları aparırdı. Qafqazinfo.az