“Taliban” döyüşçüləri Pəncşirin müqavimət qüvvələrinin lideri Əhməd Məsudun atası Əhməd Şah Məsudun məqbərəsini ələ keçirdiklərini elan ediblər.
7times.az “RİA Novosti”yə istinadən xəbər verir ki, onların yaydığı video-görüntüdə məqbərə və qarşısındakı boş meydan göstərilir.
Qeyd edək ki, Məsudun məqbərəsi Bazarakdan 8 kilometr məsafədə yerləşir. Daha əvvəl Əfqanıstan Milli Müqavimət Cəbhəsinin sözçüsü Əli Nəzəri bölgənin böyük hissəsinin və ona bitişik vadilərin hərəkat qüvvələri tərəfindən idarə olunduğunu bildirmişdi. Qafqazinfo.az
Follow @7timesaz