“Taliban” son aylarda 1895 nəfər üzvünü öz sıralarından qovub.
7times.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Əlhənəfi Vardak özünün “Twitter” səhifəsində məlumat verib.
Onların arasında bir sıra əyalət rəhbərləri və səhra komandirlərinin də olduğu bildirilib.
Qeyd edək ki, sentyabrın sonunda “Taliban” təşkilat üzvlərinin mənəvi keyfiyyətlərinə nəzarət etmək və günahkarları cəzalandırmaq üçün “Təsfiyə əl-Səf” (Sıraların təmizlənməsi) komissiyasını yaradıb.
Follow @7timesaz