“Biz hamımız hələ danışıqlar aparırıq və hər şey hələ ki, son dərəcə ilkin xarakter daşıyır. Amma “taliblər”lə humanitar əməliyyatların keçirilməsini, həmçinin təhlükə altında olan əfqanların müdafiəsi və onların təxliyəsi imkanları barədə müzakirələr aparırıq”.
7Times.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Fransa rəhbəri qeyd edib ki, Fransa bu əməliyyatları həyata keçirmək üçün digər ölkələrdən biri Qətərlə də birgə iş aparır.
“Bəli, bu əməliyyatları həyata keçirmək üçün Qətərlə birlikdə işləyirik. Çünki Qətər “Taliban”la əlaqələr kontekstində, müəyyən təhlükəsizlik mühitində bəzi aviaşirkətlərə açıq hava körpüsü təşkil etmək qabiliyyətinə malikdir. Ancaq hər dəfə dəyişən bir mühitdə “Taliban”la danışıqlar aparmalı olacağıq”, – deyə Makron çıxış edib.
Follow @7timesaz