“Taliban” sözçüsü Zabihullah Mücahid Almaniya ilə güclü və rəsmi diplomatik əlaqələr qurmaq istədiklərini bildirib.
7Times.az xəbər verir ki, sözçü bununla yanaşı kansler Angela Merkeli Əfqanıstana dəvət edib. Belə ki, “German Bild” qəzeti “”Taliban” sözçüsü Baş naziri Kabilə dəvət etdi” başlıqlı müsahibə dərc edib.
Sözügedən müsahibədə Mücahid “Almaniyanın Əfqanıstanla tarixi və yaxşı əlaqələri var. Almaniya ilə güclü və rəsmi diplomatik əlaqələr istəyirik” ,- deyə ifadəsi yer alıb.
Mücahid, Almaniya ilə yaxşı diplomatik əlaqələrin yanında, sağlamlıq, infrastruktur və təhsil sahələrində maddi dəstək, humanitar yardım və əməkdaşlıq görmək istədiklərini qeyd edərək, “Almaniya hökumətinin həqiqətən də bizə kömək edə biləcəyinə inanırıq” deyə fikirlərini bölüşüb.
Unikal.org
Follow @7timesaz