“Taliban” hərəkatının yaraqlıları Əfqanıstanın Qor əyalətinin paytaxtını ələ keçirib.
7Times.az xəbər verir ki, bu barədə məlumatı hərəkatın rəsmi nümayəndəsi Zabiullah Mücahid açıqlayıb.
Onun sözlərinə görə, söhbət Firuzkuh şəhərindən gedir və “Taliban” yaraqlıları əsas olaraq qubernator sarayı, polis məntəqəsi və digər dövlət müəssisələrini öz nəzarəti altına keçirib.
Qeyd edək ki, Əfqanıstanda vəziyyət getdikcə pisləşir. Belə ki, hazırda ölkədə hökumət qüvvələri ilə “Taliban” hərəkatı döyüşçüləri arasında qarşıdurmalar davam edir. Xarici ölkələrin öz qüvvələrini Əfqanıstandan çıxarması ilə “Taliban” döyüşçüləri öz fəaliyyətlərini daha da aktivləşdirir.
KİV-in məlumatına görə, “Taliban” artıq ölkənin bir neçə bölgəsinə nəzarəti ələ keçirib.
Follow @7timesaz