Əfqanıstandakı “Taliban” hökuməti dövlətin üçrəngli milli bayrağını rəsmi olaraq qadağan olunub.
Sfera.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Taliban” hökuməti qərar qəbul edib.
Follow @7timesaz
Məlumata görə, bundan sonra Əfqanıstanın üçrəngli bayrağın yerinə bütün dövlət müəssisələrində və ondan xaricdə “Taliban” hərəkatının rəmzi olan ağ bayraqdan istifadə ediləcək.
Qeyd edək ki, “Taliban” 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyəti ələ keçirib. Onlar həmin il avqustun 15-də ölkə paytaxtı Kabilə girib, səhəri müharibənin bitdiyini elan ediblər. Avqustun 31-də isə ABŞ hərbçiləri Kabilin beynəlxalq hava limanını tərk ediblər