Dünya

“Taliban” uşaqların kömür mədənlərində işləməsini qadağan edib

“Taliban” uşaqların kömür mədənlərində işləməsini qadağan edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı uşaqların kömür mədənlərində işləməsini qadağan edib.

Bu açıqlama ilə Bəğlan vilayətində səfərdə olan Əfqanıstanın Qaz Sənayesi Naziri Şahabuddin Dilavər çıxış edib.

Şahabuddin Dilavər əlavə edib ki, hazırda Əfqanıstan ərazisində yerləşən faydalı qazıntı yataqlarının işlənməsində 14 şirkət iştirak edir və onların hər birinə doqquz aylıq lisenziya verilib.

“Uşaq əməyinin istismarı faktları aşkar olunarsa, lisenziyalar ləğv ediləcək”, – deyə Şahabuddin Dilavər vurğulayıb.