Əfqanıstanda ”Barış Studiyası” adlı siyasi müzakirə proqramına qatılan “Taliban” üzvləri diqqət çəkib.
Unikal.org xəbər verir ki, onlar verilişə silahları ilə birlikdə çıxıb. Aparıcının qorxulu baxışları isə diqqətdən yayınmayıb. Hətta proqramda siyasi mövzularda müzakirə aparan “Taliban” üzvlərindən biri “Amerikanı bir gün məğlub edə biləcəyimizdən əmin idik”,- deyə ifadə işlədib. “Taliban”çıların silahla verilişə qatılması sosial mediada geniş əks -səda doğurub.
Hətta proqram tənqid hədəfinə çevrilib.