“Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın şimalında yaşayış məntəqəsini atəşə tutublar.
7Times.az ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nanqarhar əyalətində yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində bir ailənin ikisi uşaq olmaqla 5 üzvü həlak olub. Daha iki nəfər isə xəsarət alıb.
Məlumata əsasən, “Taliban” döyüşçüləri sadə vətəndaşın evinə raket zərbələri endirib.
Qeyd edək ki, NATO-nun öz qüvvələrini Əfqanıstandan çıxarması ilə “Taliban” döyüşçüləri öz fəaliyyətlərini daha da aktivləşdirir. KİV-in məlumatına görə, “Taliban” artıq ölkənin 100-dən çox bölgəsinə nəzarəti ələ keçirib.
Follow @7timesaz