Dmitri Medvedev işğal edilmiş Ukrayna vilayətlərinin rəsmən Rusiyaya “birləşdirilməsi” günü münasibətilə paylaşım edib.
“AzPolitika.info” xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev növbəti paylaşımında Ukrayna dövlətini məhv edəcəkləri ilə hədələyib: “Xüsusi hərbi əməliyyat nasist Kiyev rejiminin tam məhv edilməsinə və qədim rus ərazilərinin düşməndən təmizlənməsinə qədər davam edəcək”. Medvedev bildirib ki, yaxın gələcəkdə Ukraynanın daha geniş ərazilərini ələ keçirəcəklər.
Xatırladaq ki, Medvedev paylaşımlarında tez-tez Qərbi nüvə silahı ilə hədələyir.
Follow @7timesaz