Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov özünün Telegram kanalında Türkiyənin TANAP (Trans-Anadolu qaz kəməri) vasitəsilə Avropa üçün Rusiya qazına alternativ təmin etmək imkanlarını dəyərləndirib.
7Times.az Rusiya mətbuatına istinadən xəbər verir ki, senator diqqətə çatdırıb ki, Avropa İttifaqı (Aİ) yaxın gələcəkdə Rusiyadan enerji ehtiyatlarından imtina edə bilməyəcək, lakin onları əvəz etmək və təchizatı azaltmaq üçün digər imkanlar axtaracaq.
“TANAP qaz kəməri Rusiya qazına qismən alternativ olmalıdır. Ancaq, hətta digər mənbələrlə (Qətər, ABŞ, Türkiyə) birlikdə yaxın illərdə onu tamamilə əvəz edə bilməyəcək”, deyə Puşkov yekunlaşdırıb.
Follow @7timesaz