Maqazin

Tanınmış aktrisa: “Evlənsəm ərimə yemək bişirmərəm, zəhər yesin!” – FOTO

Tanınmış aktrisa: “Evlənsəm ərimə yemək bişirmərəm, zəhər yesin!” – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli aktrisa və aparıcı Esra Sönmezer yeni açıqlaması ilə diqqət çəkib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, verilişlərdən birinə qonaq olan 39 yaşlı Esra hələ evlənmək istəmədiyini, gələcəkdə ailə quracağı təqdirdə isə həyat yoldaşına yemək bişirməyəcəyini bildirib:

“Evlənməyi düşünmürəm. Ailə qursam, əsla ərimə xidmət etmərəm, yemək bişirmərəm. Kişi məndən bunu gözləməsin. Texnologiya inkişaf edib, bir zənglə yemək sifariş edirsən. İşim yoxdur, kişiyə baxacam? Yox bir paltar yu, yer sil, şüşə sil… Niyə evlənirəm? qulluq etmək üçün evlənmirəm. Mənə zəng edib yemək sifarişi verməsin. Zəhər yesin! Mən aşpazlıq oxumamışam. Yemək sevgi ilə hazırlanır. Mənim daxilimdə isə elə bir şey yoxdur!”.

Esra Sönmezerin bu açıqlaması mətbuatda və sosial şəbəkələrdə yayılaraq gündəm olub.