Müğənni Bahar Lətifqızı ölümlə üz-üzə qalıb.
7Times.az bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu “Günün sədası” verilişində bildirib ki, əməliyyat zamanı ürəyi dayanıb.
“12 saatlıq əməliyyat keçirdim. Həkimimin savadı nəticəsində sağ qaldım. 12 saatlıq əməliyyatda ürəyim dayandı. Ürəyimə defibrillyator aparatı qoşuldu (ağır ürək aritmiyalarının elektropulse terapiyası üçün tibbdə istifadə olunan cihaz). O aparat vasitəsi ilə məni ayıltdılar.
Bircə onu bilirəm ki, Allah məni nə qədər sevirmiş. Canımı Allaha fəda etməyə hazıram. Allah bu dəqiqə övladlarımı almaq istəsə, üsyan etmərəm. Çünki Allahın varlığına çox inanıram.
Məhz buna görə də mən ayaq üstəyəm. Oğlumun 12 yaşı var, deyirdi ki, getmə əməliyyata, qorxuram sənə bir şey olar. Allahım balalarım üçün məni qorudu”, – deyə Bahar vurğulayıb.
Follow @7timesaz