Hadisə

Tanınmış həkim yol qəzasına düşdü

Tanınmış həkim yol qəzasına düşdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış həkim Vasif İsmayıl avtomobil qəzasına uğrayıb.

7times.az xəbər verir ki, bu barədə o, Feysbukda qeyd edib.

“Dünən axşam taksidə qəzaya uğradıq. Öndə oturmuşdum. Sürət 30-40 km/saat ancaq olardı. Asfalt sürüşkən. Birdən ən öndəki qırmızı Jiquli nədənsə dayandı. Ard-arda maşınlar bir-birinə girdi.

Boynumda şiddətli ağrı və üzümdən axan istilik hiss etdim. Bir göz qırpımından belə qısa çəkmişdi. Ani zərbədən başım maşının tavanına dəyibmiş. Alnım və başım yarıldı.

Kəmər taxma alışqanlığım olmasa, yəqin başımla şüşəyə dəyəcəkdim.

Bu qədər yavaş sürətdə….

Kəmər taxın – həyat qurtarır!”, – o bildirib.