“Qalatasaray”ın futbolçusu Markao karyerasını Rusiyada davam etdirə bilər.
Offsideplus.az “Fanatik”ə istinadən xəbər verir ki, “Zenit” 26 yaşlı müdafiəçi üçün “cim-bom”a 15 milyon avro təklif edib. Hər iki tərəf arasında danışıqlar davam edir.
Braziliyalı oyunçunun İstanbul nəhəngi ilə sözləşməsi 2024-cü ildə başa çatır.
Qeyd edək ki, Markao 2019-ci ilin yanvarından “Qalatasaray”da çıxış edir.
Follow @7timesaz