Amerikalı müğənni R.Kelli insan alverində ittiham olunur.
7times.az xəbər verir ki, 54 yaşlı ifaçının həm də qadın və uşaqlara qarşı cinsi təcavüz etdiyi iddia olunur.
Bu barədə Nyu-York Prokurorluğundan məlumat verilib.
R.Kelliyə qarşı 13 maddə ilə iddia irəli sürülüb və məhkəməyə çağırılıb.
Müğənni ittihamların əsassız olduğunu bildirib və qərardan şikayət edəcəyini açıqlayıb.